“Bakıda avtomobil yoluna çıxan qadın barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib.
Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda yolun hərəkət hissəsinə keçməklə təhlükə yaradan şəxsin əməlləri ilə bağlı yayılan görüntülər araşdırılıb.
İ.Əmiraslanlı bildirib ki, görüntüdə əks olunan qadının şəxsiyyəti məlumdur. Onun tüfeyli həyat tərzi sürən şəxs olması müəyyən olunub və barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
***12:14
Hava limanı yolunda özünü maşınların qarşısına atan qadının görüntüləri yayılıb.
Qadının bu hərəkətinin qarşısı velosipedçilər tərəfindən alınıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik: