Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Stopnarkotik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 5 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.