Bakıda xanım taksi sürücüsünü söyən şəxs həbs edildi

Bakıda xanım taksi sürücüsünün gediş haqqını ödəməyən şəxs onu təhqir edib və həbs olunub.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə 18 oktyabrda "Koroğlu” metrostansiyasının yaxınlığında baş verib. 

Taksi sürücüsü olan Xatirə Zamanova (ad-soyad şərti) Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən polislərə yaxınlaşaraq bir nəfər kişi sərnişinin onun maşınına oturduğunu, lakin yol pulunu vermədiyini və onu təhqir etdiyini bildirib.

Polislər 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş Kərim (ad şərti) adlı şəxsi xanım taksi sürücüsünü şikayəti əsasında saxlayıblar. Bu zaman həmin şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlayıb. 

Bundan sonra Kırim şəxs məcburi qaydada ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində raport yazılaraq məhkəməyə göndərilib. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı Kərim içkili olub. 

Məhkəmənin qərarı ilə Kərim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.