Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi 2004-cü il təvəllüdlü Məhəmməd R. həbs edilib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi müvafiq qərar çıxarıb.
Qərara əsasən 20 yaşlı tələbə barəsində 20 sutka həbs cəzası təyin edilib.
Bildirilib ki, o, Bakıda qonaq olan əcnəbi vətəndaşın şikayəti əsasında tutulub. Nərimanov rayonu ərazisində - Xətai prospektində yerləşən “Amazon” hoteldə qalan əcnəbi şəxs Məhəmmədin onu narahat etməsi barədə müraciət edib.
Müraciətlə bağlı araşdırma aparılıb və gənc saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.