Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Xətai Rayon Məhkəməsinin çıxardığı 2 müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Belə ki, ona 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Cavid Ağayev Türkiyə vətəndaşı Ömər Aya 09 sentyabr 2020-ci il tarixdən başlayaraq marketlərdə və ticarət-iaşə obyektlərindəki kassa və tərəzi aparatlarında istifadə edilən çekləri, o cümlədən lentləri ölkədaxili bazarda fəaliyyət göstərən topdan satış məntəqələrindən alıb satışını təşkil etmək, bunun müqabilində yaxşı qazanc əldə edəcəkləri barədə birgə şərikli iş fəaliyyətinə inandırıb. O, bu yolla həmin şəxsin 19 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra Cavid Ağayev verdiyi vədə əməl etməyib və Ömər Ayın şikayəti əsasında saxlanılıb.