Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnən mübahisə toy mərasimində baş verməyib və kütləvi xarakter daşımır.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, hadisə sərxoş vəziyyətdə olan iki nəfər arasında toydan evə gedərkən yolda baş verib.
"Həmin hərəkətlərlə bağlı araşdırma aparılır", - DİN əməkdaşı bildirib.
***08:54
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.
Hadisə zamanı 1996-cı il təvəllüdlü Bəşirov Musaqulu Mübariz oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./report