Bakıda tikintidə faciəli hadisə baş verib.
Hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.
Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb.
Aldığı xəsarətdən sonra Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilən Ə.Hüseynovvə orada ölüb.
Faktla bağlı araşdırma aparılır./lent.az