Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.
DİN Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla, aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Stopnarkotik.az