Sosial şəbəkələrdə taksilərin toplu şəkildə cərimə meydançası aparılması ilə bağlı iddiaları əks etdirən görüntülər yayılıb.
Görüntülərdə videonu çəkən şəxs takislərin artıq cərimə meydançasına aparılmağa başlandığını bildirib.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli videonu paylaşan şəxsin cərimə borcları olduğuna görə avtomobili cərimə meydançasına aparılıb.
"Avtomobilin duracağa apırılması cərimə ilə bağlıdır", - deyə T.Nəsirli əlavə edib.