Hazırda taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Sifariş etdikdə, bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.
Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək./publika.az