Bakıda taksi sürücüsünü döyüb avtomobilini qaçırıblar? – DİN-dən AÇIQLAMA

Bakıda müştərilər taksi sürücüsünü soyub, avtomobilini qaçırıblar.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Məlumatda hadisənin bu gün səhər saatlarında baş verdiyi və 3 müştərinin taksi sürücüsünün telefonunu, pul qabısını və idarə etdiyi 77PL599 dövlət nömrə nişanlı avtomobilini əlindən aldığı bildirilib.
Sürücü müştərilərlə əlbəyaxa olduğunu və müştərilərin onu boğduğunu iddia edib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya hadisədən xəbərdar olduqları və bir qədər sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.