Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, hadisə avqustun 14-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. “Khazar” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin sürücüyə zor tətbiq edərək 50 manat pulunu almaları barədə polisə məlumat daxil olub.
Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Hümbətzadə saxlanılıb, digər şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.