Bakının Nərimanov rayonunda növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Toyota" markalı avtomobilin sürücüsü əvvəlcə piyada, yolu keçən polis əməkdaşını vurub.
Daha sonra isə minik maşınını DYP avtomobilinə çırpıb.
Hadisə nəticəsində polis əməkdaşı xəsarət alaraq xəstəxanaya çatdırılıb.
DYP avtomobilinə də ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.