Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17.00 radələrində baş verib.
Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda "DAEWOO BS090" markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir nəfər kişi sərnişin sürücü F.G.-nın avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə etdiblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə mlumat veriblər. Onlar əvvəlcə F.G.-ya yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.
Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
Məhkəmənin qərarı ilə F.G. inzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 1 ay müddətinə inzibati qaydada həbs edilib.