Ötən gecə Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə zamanı 114 B saylı marşrut xətti üzrə hərəkət edən avtobus 12 yaşlı azyaşlını vurub. Nəticədə uşaq hadisə yerindəcə ölüb.
Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, aprelin 30-u saat 20 radələrində Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin ərazisində qəsəbə sakini 1991-ci il təvəllüdlü O. Mütəllimov idarə etdiyi “Daevoo” markalı 114 B saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini 2012-ci il təvəllüdlü azyaşlını vurub.
Piyada hadisə yerində ölüb.
Araşdırmalar Qaradağ RPİ tərəfindən aparılır.