BAKIDA SİLAHLI İNSİDENT: keçmiş məhkum evə atəş açdı

İyunun 5-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində silahlı insident olub.

Naməlum şəxs qəsəbədəki evlərdən birinin pəncərəsinə atəş açıb. Nəticədə mənzilin pəncərəsinin şüşələri qırılıb.

Hadisə barədə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tüfənglə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan nömrəsi silinmiş tüfəng götürülüb.

Məlum olub ki, S.Əliyev qonşuluqdakı evlərdən birinə qonaq gəlib və ehtiyatsızlıqdan atəş açaraq digər evə ziyan vurub.

Araşdırmalar davam etdirilir.