Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az