Bakıda saxta əlillik düzəldən şəxsə hökm oxundu

Bakıda əlilliyi kəsilən şəxslər arasında "iş görən kimi nüfuz qazan”an Hüseynə hökm oxunub. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Hüseyn (Hüseynqulu) 2020-2021-ci illərdə əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin pensiyalarını bərpa etmək adı ilə 3000-4000 min manat alması müəyyənləşib. 

O, zərərçəkmiş bir neçə şəxslə əlillərin sosial reabliatisiya mərkəzində tanış olub. Təqsirləndirilən şəxsin özünün dediyinə görə həmin zaman onun orada şəxsi işi var imiş. 

Son olaraq təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsində 15  nəfərdən hər birində 3000-4000 min manat almaqla pullarını mənimnsəyib. O, 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayına kimi ümumilikdə 31000 manat pul və əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin şəxsiyyət vəsiqələrinin və xəstəlikləri ilə əlaqədar epiqrizlərin sürətlərini də ələ keçirib. 

İş düzəlmədiyindən, zərərçəkmişlər Qaradağ Rayon Prokurorluğuna müraciət ediblər.  

Məhkəmə qarşısına çıxarılan Hüseyn özünü zərərçəkmişlərə Hüseynqulu kimi təqdim etməsi də məlum olub. Hüseyn ifadəsində bildirib ki, bir sıra insanların əlillik pensiyasını bərpa edilməsində rolu olmuş və buna görə də ona hörmət ediblər. Özünün dediyinə görə, gördüyü "əməllərlə” insanlar arasında iş görən kimi nüfuz qazanıb və törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir. Buna görə də ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir.

Məhkəmənin qərarı ilə, Hüseyn Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.