Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri ilə bağlı QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə apa-ya vəkil Elçin Sadıqov məlumat verib.

Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.