Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddiaları ilə bağlı araşdırma aparılır.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birində müəllimin şagirdlərə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, hazırda bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.