Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib ki, hadisə bu gün saat 06:40 radələrində rayonun “28 May” küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H.-yə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hadisənin rəfiqələr arasında beş verdiyi qeyd olunub. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilib.
Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
***13:47
Bakıda rəfiqələr arasında qanlı dava baş verib.
Stopnarkotik.az Bakupsot.az-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Aliyə Həsənova Rəşid Behbudov küçəsində rəfiqəsi tərəfindən bıçaqlanıb.
O, təcili olaraq xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilir.