Bakıda psixoloqun pasiyentlərlə təşkil etdiyi seans videosu müzakirə mövzusuna çevrilib.
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” adlı seans keçirib.
Seans zamanı pasiyentlər xüsusi paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. Bu üsulun keçmiş travmanı sağaldacağı deyilir.