Bakıda qardaşının öldürdüyü 20 yaşlı İlahə tələbə imiş - FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 13-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 2003-cü il təvəllüdlü İlahə Kərimova qardaşı tərəfindən qətlə yetirilib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 19 yaşlı qardaşı Həsən Kərimov tərəfindən boğularaq öldürülən İlahə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi imiş.

O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.