Bakıda qadın yanaraq ÖLDÜ

Suraxanıda qadın mənzildə baş verən yanğın zamanı yanaraq ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.

Fərdi evdə yaşayan 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.