Bakıda "Prius" mopedlə toqquşdu, DÖRDÜNCÜ KURS TƏLƏBƏSİ ÖLDÜ / YENİLƏNİB

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ADBTİA məlumat yayıb.

Belə ki, universitetin son kurs tələbəsi Əşrəf Mirzəyev bu gün səhər baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Qeyd edək ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

**

*** 08:58

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Sadəddin Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Qəza nəticəsində mopeddə sərnişin qismində olan Əşrəf Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.