Bakıda poliklinikanın tavanı çökdü - RƏSMİ AÇIQLAMA / FOTO

Sosial şəbəkələrdə Xətai rayonu 38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Stopnarkotik.az-ın məlumatına görə, otağın bir ildən artıqdır ki, bu vəziyyətdə olduğu, şəraitsiz ortamda pasiyent qəbulunun həyata keçirildiyi qeyd olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hazırda poliklinikada təmir işləri aparılır:

"Poliklinika yaşayış binasının altında yerləşir. Bir neçə dəfə sözügedən endokrinoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib".

Bakıda poliklinikanın tavanı çökdü - RƏSMİ AÇIQLAMA