Bakıda partlayış nəticəsində ölənlərdən biri GÜRCÜSTAN VƏTƏNDAŞIDIR

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış baş verib. Hadisə zamanı 7 nəfər həlak olub.

Məlumata əsasən, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb.

Həyatını itirən şəxslərdən biri, Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kənd sakini 35 yaşlı Sərrac Yusubovdur.