Bakıda “Padişah” hamamında dəhşət: gənc oğlanın asılmış meyiti tapıldı

Bakıda intihar hadisəsi baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 48 ünvanında yerləşən “Padişah” hamamında qeydə alınıb. 

Hamamın qazanxanasında asılmış kişi meyiti aşkar edilib. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin orada nəzarətçi işləyən, Neftçala rayon sakini 1993-cü il təvəllüdlü İsfəndiyar Məlik oğlu Abdullayev olması müəyyən edilib.

İntiharın səbəbləri məlum deyil. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.