Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı

Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb. 

Stopnarkotik.az teleqraf.com-a istindla xəbər verir ki, hadisə fevralın 1-i saat 12 radələrində paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən hoteldə baş verib. 

Türkiyə vətəndaşı olan 1962-ci il təvəllüdlü Halil Goralın meyiti qaldığı otel nömrəsində tapılıb. Meyit üzərində zorakılıq əlamətinin olmadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.