Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.