Bakıda orta məktəbdə meyit tapıldı

Bakıda orta məktəbdə meyit tapılıb. 

Hadisə oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə qeydə alınıb. 

Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gözətçi işlədiyi orta məktəbin həyətində aşkar edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./lent.az