BAKIDA NARKOTİK ƏMƏLİYYATI - 2 nəfər saxlanıldı, külli miqdarda narkotik ələ keçdi

BNMİ Abşeron və Qaradağ rayonlarında narkotiklə bağlı əməliyyat keçirib. Əməliyyatı zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar. Onlardan 10 kq narkotik vasitə və 2600 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Stopnarkotik.az