Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun 10 və 37 saylı tam orta məktəblərinin kollektivi ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edənlər narkotik bəlasından geniş bəhs edib və gəncləri bu bəladan uzaq olmağa çağırıblar. Onların gələcəkdə dəyərli şəxsiyyətlərə çevrilməsi üçün mühüm tövsiyələr veriblər.
Sonda maraq doğuran suallar cavablandırılıb.