Bakıda, "Niaqara" şadlıq sarayının qarşısındakı davada iştirak edənlərdən biri müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır:
"Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb. Əlavə araşdırmalar davam etdirilir".
***09:04
Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, "Niaqara" şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.
Hadisənin səbəbi hələlik məlum deyil.