BAKIDA MÖHTƏŞƏM YARIŞ - Nazim Sadıxov ikinci raundda rəqibini nokauta saldı / Yenilənir

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

Stopnarkotik.az xəbər verir ki, yüngül növbəti görüş baş tutub.

    Azərbaycan təmsilçisi Rafael Fiziyev oktaqona çıxıb. O, Çilidən olan İqnasio Bahamondeslə qarşılaşıb. Döyüşçülərdən heç biri 3 raund ərzində təslim olmayıb.

    Nəticədə qərarı hakimlər verib. Onların seçiminə əsasən, Fiziyev qalib elan olunub.

    **

    ***00:32

    Bakıda keçirilən UFC döyüş gecəsində əsas görüşlərə start verilib.

    Stopnarkotik.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nazim Sadıxov oktaqona çıxıb.

    O, yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Nikolas Motta ilə qarşılaşıb. İlk raunda Motta fəal başlayıb. Lakin Sadıxov üstünlüyü ələ almağı bacarıb. O, ikinci raundda rəqibini nokauta salıb.

    Ardıcıl yumruq zərbələrinə tab gətirə bilməyən Motta döyüşü davam etdirə bilməyib.

    Nəticədə təmsilçimiz qalib gəlib.

    **

    ***00:30

    Bakıda keçirilən UFC döyüş gecəsində əsas görüşlər davam edir.

    Stopnarkotik.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev sözügedən yarışda debüt edib.

    O, yüngül çəki dərəcəsində Qırğızıstan təmsilçisi Mıktıbek Orolbai ilə qarşılaşıb. İdmançımız ilk raundda nokauta düşərək, məğlub olub.

    Qeyd edək ki, bu gecə daha bir Azərbaycan təmsilçisi Rafael Fiziyev də döyüşəcək.

    **

    *** 00:06

    Bakıda keçirilən "UFC Fight Night" döyüş gecəsində təmsilçimiz Nazim Sadıxov güclü rəqibinə qalıb gəlib.

    Stopnarkotik.az xəbər verir ki, əsas kartda yer alan ilk azərbaycanlı döyüşçü Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokaut edib.

    Beləcə, Nazim Bakıda UFC turnirində ilk nokautu da gerçəkləşdirib.

    Bu, Nazim Sadıxovun karyerasında 11-ci qələbə olub.

    **

    *** 23:54

    "UFC Fight Night"da əsas kartda yer alan ilk azərbaycanlı döyüşçü Nazim Sadıxov oktaqona çıxıb.

    Stopnarkotik.az xəbər verir ki, azərbaycanlı idmançı "Baku Crystall Hall"da braziliyalı Nikolas Motta ilə qarşılaşır.

    Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub etməyi bacarıb.

    **

    *** 22:04

    Bakıda keçirilən “UFC Fight Night”da üçüncü döyüşə yekun vurulub.

    Stopnarkotik.az xəbər verir ki, yarım yüngül çəkidə Rusiya təmsilçisi İrina Alekseyeva polşalı Klaudiya Siqula ilə qarşılaşıb.

    İlk iki döyüşdə olduğu kimi, burada da üstün tərəfi hakimlər müəyyən edib. 3 raundun yekununda referilər polyak idmançını qalib elan ediblər.

    Bununla da, Siqula Bakıda keçirilən UFC-nin ilk qadın qalibi olub.

    Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə saat 23:00-da start veriləcək.

    **

    *** 21:41

    Bakıda “UFC Fight Night” turniri keçirilir.

    Stopnarkotik.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan yarışa start verilib.

    Mübarizə ağır çəkidə başlayıb. Misir təmsilçisi Hamdi Abdel Vahab nigeriyalı Muhammad Usmanla qarşılaşıb.

    3 raundun sonunda qalib müəyyənləşməyib. Hakimlərin səsverməsi nəticəsində Muhammed Usman qələbə qazanıb.

    Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək.

    **