BAKIDA ƏMƏLİYYAT: İran vətəndaşına kuryerlik edən şəxs tutuldu, 23 kiloqram narkotik ələ keçdi - FOTOLAR

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, onun üzərindən və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb.
V.Şirinov narkotik vasitəni İran vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. O, əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ölkəyə qaçaqmalçılıqla 23 kq marixuana gətirən narkokuryer saxlanılıb

Ölkəyə qaçaqmalçılıqla 23 kq marixuana gətirən narkokuryer saxlanılıb