Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.