Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.