20 Feb, 2024 - 15:39 Bakıda küçədən kişi meyiti tapıldı Bakıda küçədən meyit tapılıb. Hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb. Küçədə adı və soyadı bilinməyən 55-65 yaşlarında kişi meyiti aşkarlanıb. Onun xəstəlik səbəbilə öldüyü bildirilir. Araşdırma aparılır.