Bakıda itkin düşən qızlardan daha biri tapıldı

Martın 17-də Bakıda itkin düşən üç rəfiqədən daha biri tapılıb.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, itkin kimi axtarışı elan edilmiş yeniyetmələrdən biri Hüseynzadə İnci Araz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Martın 23-də isə Dadaşova Mədinə Kamil qızı polis əməkdaşları tərəfindən tapılıb. Hazırda axtarışda olan rəfiqə isə Xudaverdiyeva Ofeliyadır.