Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub.

Həmin şəxs barəsində polis əməkdaşları tərəfindən axtarış elan edilib. 16 yaşlı yeniyetmənin yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

***09:16

Bakıda yeniyetmə itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, noyabrın 3-də Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Səid Kamaləddin oğlu Hacızadə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Onun yaxınları fotosunu və xarakterik əlamətlərini polisə təqdim ediblər.

Faktla bağlı Yasamal RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılır.