Bakıda itkin düşən 10 yaşlı uşaq tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı tapılıb.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilmiş azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***09:41

Bakıda 10 yaşlı uşaq itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ünvanında yaşayan 14.06.2015 təvəllüdlü Məcidov Sadiq yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

O, daha sonra geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.