Bakıda İNTİHAR: özünü binanın 16-cı mərtəbəsindən atdı

Bakıda daha bir intihar hadisəsi baş verib. 

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, rayon sakini, 1949-cu il təvəlüldlü Vidadi Hüseyn oğlu Xanlarov yaşadığı 16-cı mərtəbədən özünü atıb. 

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Hadisənin motivi hələlik məlum deyil. 

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır./lent.az