Qəzaları azaltmaq və sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.
Stopnarkotik.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.
Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır.
Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib.
Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.