Bakıda hərraca çıxarılan “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR

Bakıda hərraca çıxarılacaq "Rolls Royce"un sahibi bəlli olub. 

Stopnarkotik.az yenisabah.az-a istinadən xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, “Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı “AF” hərfləri bunu ifadə edir. 

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, "AF Hotel Aqua Park"ın, "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Qeyd edək ki, ötən gün Bakıda "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib. 

Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. 

Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Bakıda  hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir?  - FOTOLAR