BAKIDA GÜCLÜ YANĞIN - Nəqliyyatın hərəkəti məhdudlaşdırıldı / FOTO

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumatda sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.

Bakıda binada güclü yanğın başlayıb - Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakıda binada güclü yanğın başlayıb - Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

**

*** 20:34

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.