Bakıda güclü külək ağacları aşırdı, evlərin dam örtüyünü uçurdu

İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb.

Stopnarkotik.az oxu.az-a z istinadən xəbər verir ki, növbəti hadisə paytaxtın Səbail rayonu, Xaqani küçəsində qeydə alınıb.

Yol kənarındakı irigövdəli ağaclardan birinin budağı qoparaq avtomobilin üzərinə düşüb.

Nəticədə maşına ziyan dəyib.

***16:04

İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb.

Belə ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində güclü külək nəticəsində evin dam örtüyü uçaraq həyətdəki üç avtomobilin üzərinə düşüb.

Nəticədə evə və avtomobillərə ciddi ziyan dəyib.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

*** 11:10

Ötən gün axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, güclü külək nəticəsində ağacların aşması halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.