Bakıda qadın şantaj edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, paytaxt sakini olan bir qadının barəsində rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 800 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bakı şəhər sakini Nihat Hüseynov müəyyən olunaraq saxlanılıb.