Bakıda fəhlə binadan yıxılıb öldü

Bakıda fəhlə iş yerində binadan yıxılıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.

Burada binalardan birində fəhlə işləyən 25 yaşlı Mirzəzadə Eltac Yelevan oğlu hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.