Bakıda FACİƏ: 5 yaşlı uşaq binadan yıxılıb öldü

Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Fakt araşdırılır.